Xəbər - Çingiz Səfərli – Trend:
Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyinə təqdim edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimov rəsmi “Twitter” hesabında paylaşım edib.
Nazir qeyd edib: “Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci Nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılması, Vətən müharibəsindən danışdım. Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyini təqdim etdim”.
Twitter: @cingizsafarli