Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır – Deputat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalaması böyük əhəmiyyət daşıyır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hələ 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqqında” qərar qəbul edilmişdi. Həmin qərar nəticəsində Şuşa şəhərində tarixi-mədəniyyət abidələrinin qorunması və bərpa edilməsi, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdi”

“Ermənistanın Azərbaycana qarşı apardığı işağalçılıq siyasəti nəticəsində 1992-ci ilin mayın 8-də qədim Şuşa şəhəri düşmən tərəfindən işğal edilmiş və şəhərdə tarixi –mədəniyyət abidələri yerlə yeksan edilmişdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində Ermənistanı acı məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imza etməyə məcbur etdi. Qəhrəman Ordumuz tarixi ədaləti bərpa etmiş və 2020-ci ilin noyabr ayının 8-də Şuşa şəhərini işğaldan azad etmişdir. Bu tarixi qələbədən sonra düşmən təslim olmağa məcbur olmuşdur.

Cənab Prezidentin tapşırığı ilə Şuşa şəhərinin, onun mədəni-tarixi abidələrinin bərpası istiqamətində bərpa-quruculuq işlərinə başlanmış və işlər sürətlə davam etdirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və diqqətlə yanaşılmasını tələb edir. Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, Prezident İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı bu diqqət və qayğının bariz nümunəsidir”.

Teqlər: