Ermənistan müdafiə nazirinin sabiq müavini, 1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş general-mayor Arkadi Ter-Tadevosyan ölüb.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, A.Ter-Tadevosyan 82 yaşında vəfat edib. Onun bir müddət əvvəl xəstəxanaya yerləşdirildiyi deyilirdi.
Qeyd edək ki, A.Ter-Tadevosyan Xocalı soyqırımının əsas təşkilatçılarından biri olub