Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində axşam azanı verilib.
AzerTimes xəbər verir ki, bu, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işlərindən sonra verilən ilk azan olub.
Qeyd edək ki, mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.