Şuşanı xarabalıqlar içində görəndə sevinirdim – Quliyev

Şuşanı xarabalıqlar içində görəndə sevinirdim – Quliyev

Nazir işlədiyim dövrdə ATƏT-in keçmiş Minsk Qrupunun həmsədrləri ilə birlikdə yolu işğal altındakı Qarabağa düşən ATƏT sədrinin şəxsi nümayəndəsi, polyak diplomatı Anjey Kaspşikdən xahiş edirdim ki, Şuşadan bacardığı qədər çoxlu fotoşəkillər çəkib gətirsin.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Report-a müsahibəsində deyib.

“Bir az qəribə görünsə də, cənnət şəhərimizi xarabalıqlar içində görəndə sevinirdim. Fikirləşirdim ki, düşmən özünün olmadığını, həqiqi sahiblərinin günün birində qayıdacaqlarını bildiyi üçün Şuşanı yenidən tikib-qurmaq istəmir”, – Vilayət Quliyev bildirib.

Teqlər: