Macarıstan Baş naziri Viktor Orbanın bazar ertəsi Pekinə gedəcəyi gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə Macarıstanın 444.hu portalı məlumat yayıb.
Bildirilib ki, hökumət təyyarəsi artıq Budapeşti tərk edib və Pekinə gedir. Ehtimal ki, təyyarədə Orban uçur.
Qeyd edək ki, Orban 5 iyulda Moskvaya qəfil səfər etmiş, oradan isə Şuşaya gəlmişdi. Şuşadan qayıdarkən Orban “gözlənilməz səfərlər” edəcəyinin anonsunu vermişdi.