Şuşadan imtina edən iki səfir: Rusiya yenə uddu…

Şuşadan imtina edən iki səfir: Rusiya yenə uddu…

ABŞ və Fransa səfirləri Şuşaya səfərdən yenə imtina ediblər: müharibədən sonra diplomatların Azərbaycan hökuməti tərəfindən təşkil edilən Şuşa səfərində bu iki ölkənin səfiri iştirak etməyib.

İki səfirin özlərini Şuşaya gedən 160 diplomatdan kənarda görməsinin səbəbi Qarabağın qondarma “statusu” və ölmüş Minsk qrupuna hələ də ümid etmələridir. Vaşinqton və Paris “münaqişənin” həll edilmədiyi, Minsk qrupu çərçivəsində müzakirələrin başlanmasını və Qarabağdakı ermənilərin bu və ya digər formada “statusu”nun müəyyən edilməsi mövqeyini paylaşır. Səfirlərinin səfərdən imtina etməsi də Şuşanı qondarma “dqr”in inzibati ərazisi kimi qəbul etmələri, “statusu”n nə vaxtsa mümkün ola biləcəyi istiqamətində siyasət aparmalarıdır.

Bundan çıxan nəticə belədir ki, ABŞ və Fransa:

– Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir;

– Beynəlxalq hüquqdan yox, erməni mövqeyindən çıxış edir;

– Bölgədə maraqlarını “status”, Minsk qrupu kimi “ölü kapital” üzərindən həyata keçirmək istəyirlər.

Hərçənd, Rusiya səfirinin Şuşaya getməsi Vaşinqton və Parisin diplomatiyada Moskvaya növbəti dəfə məğlub olduğunu göstərir. Çünki nə “status” olacaq, nə də Şuşa yenidən işğal altına düşəcək. ABŞ və Fransa səfirlərinin mövqeyi Azərbaycan cəmiyyətində bu iki ölkəyə mənfi münasibəti daha da artırmaqdan başqa heç nəyə yaramır.

Teqlər: