Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir – Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10-12 may
2022-ci il tarixində Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa
şəhərinə növbəti səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva
ilə birlikdə bir çox mühüm tədbirlərdə iştirak etmişdir. Cənab
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tarixi –
mədəniyyət abidələri olan Şuşa Realnı Məktəbində həyata keçiriləcək
təmir-bərpa işləri, Mehmandarovların malikanə kompleksində aparılan
bərpa işlərinin hazırkı mərhələsi ilə, məşhur tarzən sadıqcanın
evinin bərpası işləri ilə, Şuşadakı İnzibati binada və Şirin su
hamamında aparılan bərpa işləri ilə tanış olublar və “Şhusha
Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar. Cənab Prezident Şuşa
şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin
açlışında iştirak edib. Elektroenergetika sahəsində ilk dəfə
olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyasının qəza
hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın
xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və
bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib,
texniki-iqtisadi göstəricilər yüksəlib, avadanlıqların fasiləsiz
qidalanması təmin olunub.

Səfər çərçivəsində baş verən mühüm hadisələrdən biri cənab
Prezident İlham Əliyevin “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə
Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında
ulu öndər Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar müraciəti
olub. Müraciətdə qeyd olunmuşdur ki, Heydər Əliyev Azərbaycan xalqı
qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin
anlarad xalqın yanında olmuşdur. Azərbaycan xalqını böyük
bəlalardan, faciələrdən xilas etmişdir.O, öz həyatını xalqa həsr
etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək,
ərazi bütövlüyümüzü bərpa etmək idi. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan
xalqı, Şanlı Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin arzusunu
yerinə yetirdi. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı
dalğalanır.

Səfər çərçivəsində cənab Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında
iştirak ediblər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən
“Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı
Heydər Əliyev Fondu, Mədəniyyət nazirliyi və Şuşa Şəhəri Dövlət
Qoruğu tərəfindən təşkil olunub. Festivalda xarici ölkələrdən
müxtəlif folklor üslublarında çıxış edən müsiqiçilər, rəqs
kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından
folklor kollektivləri iştirak edirlər. Festivalda müxtəlif dünya
xalqlarının nümayyəndələri, Azərbaycanda yaşayan çoxsaylı xalqların
nümayəndələri ilə birlikdə şıxış edərək bir daha
Azərbaycandan-Şuşadan bütün dünyaya mesaj verərək bildirirlər ki,
Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələri
dostluq, həmrəylik şəraitində yaşayırlar və bu cür yaşamaq və
inkişaf etmək lazımdır. Azərbaycan elə nadir ölkələrdən biridir ki,
bu gün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə,
multikulturalizmi, müxtəlif xalqların birgəyaşayışını təbliğ edir
və bunun mümkünlüyünü bir daha əldə etdiyi uğurları ilə göstərir.
Azərbaycanın “Mədəniyyət paytaxtı”, TÜRKSOY un 2023-cü ildə “Türk
dünyasının mədəniyyət paytaxtı” elan etdiyi Şuşada keçirilən
“Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mühüm siyasi və
mədəniyyət hadisəsidir.

Rauf Əliyev

Milli Məclisin deputatı

Teqlər: