Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında “Türktransplant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb.
AzerTimes APA-ya istinadən xəbər verir ki, tədbirdə sənədin müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulanıb.
Həmçinin, TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra anlaşma memorandumlarının imzalanılması baş tutub.
Sənədlər tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.