Şuşada toplantıda iştirak edəcək BMT nümayəndələri Füzuliyə çatıblar (FOTO)

Füzuli. Trend:

Bu gün Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə
həsr olunmuş toplantı keçiriləcək.

AzerTimes-ın məlumatına görə,
toplantı iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısına –
Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Burada hava limanı ilə yaxından tanışlıqdan sonra “Zəfər yolu”
ilə Şuşaya yola düşəcəklər.

Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında
Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən
keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və
post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və
imkanlarını müzakirə etməkdir.

Heyətdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və
hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi,
BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alır.

Teqlər: