Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iclas bu il oktyabr ayının 8-nə planlaşdırılıb.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.