Şuşa. Trend:
Bu gün Azərbaycan Hökumətinin dəvəti ilə biz Şuşada
postpandemiya və postmüharibə dövründə dayanıqlı inkişaf
məqsədlərinə nail olmağı müzakirə edəcəyik.
AzerTimes-ın məlumatına görə bunu martın 18-də Şuşa şəhərində
səfərdə olan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Vladanka Andreyeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, iki panel müzakirəsində fərqli məsələlər
müzakirə olunacaq.
“Azərbaycan-BMT əlaqələrinin 30-cu ildönümü ilə bağlı silsilə
tədbirlər keçirilir. Tədbirlərin açılışı martın 2-də olub. Bakıda
şəhərin mərkəzində fotosərgi açılıb,” – deyə o əlavə edib.