Mayın 5-dən Şuşada başlayan Beynəlxalq Kulinariya Festivalında
təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin
maddi və mənəvi dəyərləri təqdim edilir. Bu konsepsiyaya əsasən,
festivalda quraşdırılan 25-dən çox pavilyon da fərqli formatdadır.
Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu,
milli musiqi ilə salamlayır, tanınmış əsərlərdən parçalar
səhnələşdirilir.
Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.
Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.