Şuşada ilk dəfə Kəlağayı festivalı keçirildi

Şuşada ilk dəfə Kəlağayı festivalı keçirildi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə Kəlağayı festivalı keçirilib.

Bu barədə AzerTimes-a İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, festival “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində Şuşa Dövlət Qoruğu İdarəsinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Bildirilib ki, festival çərçivəsində Şuşa sakinlərinə qədim kəlağayılar, qurama əl işləri, rəsm əsərləri, kitablar təqdim edilib və konsert təşkil olunub. Sərgidə 200 qədimi kəlağayı, Güllü Eldar Tomarlının toxunma əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, yeni işıq üzü görən ”Anam – kəlağaydı, kəlağay – anam…” kitabı təqdim olunub.

Teqlər: