Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Gələcək planlar barədə danışan nazir qeyd edib ki, yaxın vaxtlarda Abşeronda növbəti DOST Mərkəzi açılacaq, Quba, Sabirabad, Gəncə, Sumqayıtda da artıq bu istiqamətdə iş gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır. Əlbəttə, bu sahədə önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.

Teqlər: