Şuşada daha bir mühüm tədbir keçirilir

Şuşada daha bir mühüm tədbir keçirilir

Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Tvitter hesabında yazıb.

“Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasına həmsdərlik etdik. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin şaxələndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirləri dəyərləndirdik”, – M. Cabbarov qeyd edib.

Teqlər: