Şuşada çəkilən reklam “Fashion TV”də yayımlanır – Video

Şuşada çəkilən reklam “Fashion TV”də yayımlanır – Video

“Mugham” parfümün Şuşada çəkilən videoçarxı “Fashion TV”də göstərilib.

AzerTimes xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin iştirak etdiyi layihə “Karabakh Bouquet – 1752” ətri haqqındadır.

Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan “Karabakh Bouquet -1752” ətri haqqındakı çarx Qarabağda lentə alınan ilk reklam işidir.

Qeyd edək ki, “Mugham” parfümün “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü – “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun”un adını daşıyan çeşidləri də var.

“Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində – Nişantaşıda da satılır.

Teqlər: