Şuşada bərpa olunan enerji üzrə yeni müqavilə imzalanacaq – Pərviz Şahbazov

İki gündən sonra Şuşada bərpa olunan enerji üzrə yeni müqavilə
imzalanacaq.

Trend -in məlumatına görə, bunu Azərbaycanın energetika naziri
Pərviz Şahbazov Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, belə müqavilələr Azərbaycanın bərpa olunan
enerji sahəsində uzunmüddətli siyasətinin təminatçısıdır.

P.Şahbazov qeyd edib ki, eyni zamanda, bu, investorlar
tərəfindən gözlənilən reaksiyadır, çünki bu gün Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji sektorunda böyük
potensialı var.

“İndi biz enerji transformasiyasından keçirik. Azərbaycan üçün
bu, yeni fəsildir. Yaşıl enerji, davamlı inkişaf və sıfır emissiya
arzusu olan dünyada Azərbaycan bu sahədə əməkdaşlığa və inkişafa
açıqdır”, – o əlavə edib.

Teqlər: