Şuşada belə bir konfransın keçirilməsi rəmzi məna daşıyır – Ceyhun Bayramov

Şuşa. Trend:

Bu il biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd
edirik. Bununla bağlı artıq bir neçə müddətdir ki, silsilə
tədbirlər keçirilir və artıq Bakıda bir neçə tədbir keçirilib. Bu
gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində belə bir
konfransın keçirilməsi rəmzi məna daşıyır.

AzerTimes-ın məlumatına görə, bunu Şuşada Azərbaycan-BMT
münasibətlərinin 30 illiyinə həsr olunmuş konfransda iştirak edən
xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında
deyib.

O qeyd edib ki, Azərbaycan BMT tərəfindən elan edilmiş Dayanıqlı
İnkişaf Məqsədlərinə böyük önəm verir və DİM-lər üzrə müxtəlif
sahələrdə bütün dünya qarşısında duran mövzular üzrə
prioritetlərini müəyyən edir.

“Azərbaycan dövləti bu istiqamətlərdə inkişaf etmək böyük və
sistemli işlər həyata keçirir. Bu mövzuların həm post-münaqişə
müddətinə aid olan, həm post-pandemiya dövründə dünya qarşısında
olan çağırışları Azərbaycan BMT konteksində müzakirə etməkl
məqsədilə bu gün Şuşa şəhərində xüsusi bir konfrans keçirir.

Burada həm Azərbaycanın müxtəlif dövlət qurumlarının rəhbərləri,
nümayəndələri, eyni zamanda BMT-nin müxtəlif agentliklərinin
rəhbərləri iştirak edirlər. hesab edirik ki, bu konfrans çox önəmli
və vacib mövzuların müzakirəsi üçün vacib bir platforma olacaq və
Azərbaycan ilə BMT arasında münasibətlər üçün faydalı olacaq”, –
deyə nazir bildirib.

Teqlər: