Şuşada gələn ilin sonundan 2 500 insan yaşayacaq.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
“Əhalinin qayıdışına hazır olmalıyıq. Gələn ildən biz sosial və turizm sektorunda məşğulluq üçün çalışacağıq. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada əsas məqsədimiz turizmdir”, – deyə Kərimov bildirib.