Xəbər - Samir Əli – Trend:
Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa şəhərində mənzil və binaların minalardan təmizlənməsi prosesini davam etdirir.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.
O qeyd edib ki, dekabr ayından başlayaraq Şuşa şəhərində döyüş gedən ərazilərdə, yaşayış evlərində, zirzəmilərdə təmizlənmə işləri həyata keçirilir:
“Artıq həmin yerlərdən 100-dən çox partlamamış sursat aşkarlanaraq əməkdaşlarımız tərəfindən götürülüb”.