Şuşa-Xankəndi yolundakı aksiya dünya mediasında

Şuşa-Xankəndi yolundakı aksiya dünya mediasında

QHT nümayəndələri və ekofəalların Şuşa-Xankəndi yolunda etiraz aksiyası Pakistan, Moldova, Rusiya, Ukrayna, Türkiyə, İsrail və Hindistan mediasında ictimailəşdirilib.

AzerTimes xəbər verir ki, yazıların müəllifi Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyevdir.

Pakistanın, Moldovanın, Rusiyanın, Ukraynanın, Türkiyənin, İsrailinHindistanın saytlarında dərc olunan yazılarda qeyd olunub ki, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki təbii sərvətlərimizin talanması, ekologiyamıza vurulan ziyan beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır ki, işğalçı Ermənistan bu cinayəti davam etdirir.

Azərbaycan tərəfinin birgə monitorinq aparılmasına imkan və şəraitin yaradılmaması isə bəşəri cinayətin üstünün ört-basdır edilməsi deməkdir.

Yazılarda aksiya ilə bağlı ermənilərin yalanlarının ifşası ortaya qoyulub və iştirakçıların yeni tələblərinin nələrdən ibarət olunduğu qeyd olunub. Həmçinin müəllif dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin diplomatik korpusun nümayəndələri ilə görüşündə söylədiyi fikirlərə də yer verib.

Teqlər: