Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
AzerTimes xəbər verir ki, Şuşadan olan, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) – keçmiş məcburi köçkünlər doğma şəhərə yola düşüblər.
Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə – 147 ailəyə çatacaq.