Şuşa şəhərində olarkən izaholunmaz hislər keçirirsən – Əməkdar artist Qoçaq Əsgərov

Şuşa. Trend:

Şuşa şəhərində olarkən tamamilə fərqli, izaholunmaz hislər
keçirirsən.

Bunu Trend
Şuşada keçirilən 5-ci “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının
iştirakçısı, Azərbaycanın əməkdar artisti, xanəndə Qoçaq Əsgərov
deyib.

“Xarıbülbül” festivalında ilk dəfədir ki, iştirak edirəm. Amma
Şuşaya üçüncü dəfə gəlirəm. Hər dəfə Zəfər yolundan keçəndə sözlə
ifadə olunmayan inanılmaz hislər keçirirəm”, – Q.Əsgərov deyib.

O vurğulayıb ki, “Xarıbülbül” Beynəlxalq folklor festivalı çox
gözəl təşkil edilib və ümidvar olduğunu bildirib ki, onun çıxış
etdiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla
qarşılanacaq.

Qeyd edək ki, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı
olub. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət
Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca
beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında
çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın
müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: