Macarıstanın Baş naziri Viktor Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Avropa Birliyini təmsil etməyib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin açıqlamasında deyilir.
Bundan əlavə, Avropa Birliyi, Avropa komissarının dediyi kimi, TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini pisləyir.
Xatırladaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək AB Şurasına sədrlik edir.
Brüssel tərəfindən bu cür inkarın məntiqi tam aydın deyil, çünki TDT təşkilatının özü heç vaxt Avropa Birliyinin özünü “türk” tərəfdaşı hesab etməyib ki, onun üzvləri və hətta müşahidəçi dövlətlər arasında bütün Avropa Birliyindən bir nümayəndə olsun.