Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin
binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər
haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
– Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının
layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının
2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0
(bir) milyon manat ayrılsın.
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.