Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin
bərpada sonra necə görünəcəyi ilə bağlı video paylaşıb.
Bu barədə Trend-ə Nazirlikdən bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real
Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı
tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının
layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının
2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon
manat ayrılıb.