Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.
Bu barədə AzerTimes-a İdarədən məlumat verilib.
Müşahidə Şurasının yekdil qərarına əsasən, ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov İcraçı direktor vəzifəsinə təyin edilib.