Şuşa Media Forumunun iştirakçıları üçün ziyafət verildi

Şuşa Media Forumunun iştirakçıları üçün ziyafət verildi

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

AzerTimes xəbər verir ki, qonaqlar Azərbaycan musiqilərinin sədaları altında milli mətbəximizin ləziz təamlarını dadıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Teqlər: