Xəbər - Ceyhun Ələkbərov, Elçin Mehdiyev – Trend:
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı görüləcək işlərə dair fəaliyyət planı hazırlanır.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
A.Kərimov bildirib ki, ən birinci məsələ mədəni-tarixi abidələrinin bərpası işləridir: “Bundan başlamalıyıq. Eyni zamanda infrastrukturun bərpası işləri önəmlidir. Təbii ki, daha sonrakı məsələ əhalinin oraya qayıtması və adət-ənənələrimizin davam etdirilməsidir.
Ümumiyyətlə fikirləşirik ki, Şuşanı bir mədəniyyət və turizm məkanına çevirək”.
Twitter: @ElchinMehdiyev