Şuşa klubu “Neftçi”ni darmadağın etdi

Şuşa klubu “Neftçi”ni darmadağın etdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan oyun keçirilib.

AzerTimes-ın məlumatına görə, Voleybol Mərkəzində “Neftçi” və “Xarı bülbül” komandaları üz-üzə gəliblər. Görüş Şuşa klubunun 3:0 (25:21, 25:23, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Turun və I dövrənin son matçından sonra “Murov” 9 xalla turnir cədvəlinə liderlik edir. “Xarı bülbül” 6 xalla 2-ci, hesabında 3 xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.

Teqlər: