Şuşa, Kəlbəcər və Laçında növbəti 3 gündə hava necə olacaq?

Şuşa, Kəlbəcər və Laçında növbəti 3 gündə hava necə olacaq?

Növbəti üç gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a bildirilib ki, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi 3-8 metr/saniyə əsəcək. Havanın temperaturu gecə 15-18 dərəcə şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq.

Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 3-8 metr/saniyə əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.

Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi 3-8 metr/saniyə əsəcək.

Havanın temperaturu gecə 15-18 dərəcə şaxta, gündüz 6-11 dərəcə şaxta olacaq.

Teqlər: