Azərbaycanın Şuşa və Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşması təcrübəsi digər şəhərlər arasında da yaradılmalıdır.
AzerTimes xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşündə səsləndirilib.
Məlumata görə, tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Həmçinin Azərbaycanın Şuşa və Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşması təcrübəsinin digər şəhərlər arasında da yaradılmasının vacib olduğu bildirilib.