Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.
AzerTimes-ın məlumatına görə, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılması, Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fondun yaradılması, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.