Şuşa həqiqətlərin dünyaya çatdırılmasına vəsilə olacaq

Şuşa həqiqətlərin dünyaya çatdırılmasına vəsilə olacaq

Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan həqiqətlərinin müsəlman dünyasına çatdırılmasına gözəl bir vəsilə olacaq.

AzerTimes xəbər verir ki, bu sözləri oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.

“İSESKO Azərbaycanda öz regional nümayəndəliyini açmağı planlaşdırır. Dünya Dini Liderlərinin Bakıda planlaşdırılan III Sammiti ilə bağlı İSESKO Qafqaz Müsəlmanları İdarəsi ilə strateji əməkdaşlıqda maraqlıdır”, – Maliki qeyd edib.

Teqlər: