Şuşa həqiqətən də, Azərbaycan mədəniyyətinin mərkəzidir – Kolumbiyalı jurnalist

Şuşa. Humay Ağacanova -Trend:

Hesab edirəm ki, Şuşa həqiqətən də, Azərbyacan mədəniyyətinin mərkəzidir.

Bu sözləri AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında, hazırda Şuşada səfərdə olan kolumbiyalı jurnalist Roberto Trobaxo deyib.

Şuşaya ilk dəfə gəldiyini qeyd edən jurnalist Azərbaycanın bir çox şəhərində olduğunu, lakin onlar arasında Şuşanın xüsusi olduğunu, buranı tanıdıqdan sonra Azərbaycana olan məhəbbətinin daha da artdığını vurğulayıb.

Qeyd edək ki, bir sıra Latın Amerikası ölkələri, o cümlədən Kolumbiya, Meksika, Kosta-Rikodan olan jurnalistlər işğaldan azad olunmuş ərazilərimizdə səfərdədilər.

Teqlər: