Şuşada keçirilən 2-ci Qlobal Media Forumunun açılış mərasimində gülməli anlar yaşanıb.
AzerTimes xəbər verir ki, tədbirin moderatoru sual verməyə hazırlaşan gürcüstanlı tanınmış jurnalist və ekspert Gela Vasadzeni xanım kimi təqdim edib.
Lakin jurnalist ayağa qalxdıqda onun kişi olduğu məlum olub. Həmin anları ölkə başçısı təbəssümlə qarşılayıb və maraqlı reaksiya verib.
“O, xanım deyil, bizim sual verənimiz heç də xanıma oxşamır”, – deyə Prezident Əliyev gülərək deyib.
Moderator isə səhvinə görə utandığını bildirib və üzr istəyib.
Həmin görüntüləri təqdim edirik: