Şuşada işğalın səbəb olduğu dağıntılar nəticəsində milli-mədəni
irsimizə məxsus bütün tarixi-memarlıq abidələrinin bərpası, eyni
zamanda təbiətə vurulmuş zərərlərin aradan qaldırılması məqsədilə
təxirəsalınmaz işlərə 2021-ci ilin yanvarın 14-dən başlanılmış və
qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı
elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının əvvəlki
görkəminə qaytarılması yönündə nəhəng layihələr
gerçəkləşdirilməkdədir…
AzerTimes-ın məlumatına görə Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Şuşa əvvəlki şöhrətini özünə qaytarır”
mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.
Verilişin qonaqları siyasi şərhçilər – Azad Cəfərli, Esmira
Cəfərova, Mayk Hardi və Zinət Şövkətəli mövzu ətrafında müzakirə
aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: