Şuşa. Trend:
Şuşa bu gün Azərbaycanda beynəlxalq tədbirlərin keçirildiyi
mərkəzə çevrilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan
Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov “Cənubi
Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans
zamanı deyib.
“Mən buna görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək
istəyirəm. Son il ərzində Şuşa Qarabağda mühüm beynəlxalq
tədbirlərin keçirilməsi üçün vacib məkana çevrilib. Deyə bilərəm
ki, bu, regionun gələcək inkişafı və uzunmüddətli sülh üçün vacib
töhfədir”, – A.Kərimov deyib.
(Tərcümə: Orxan Nəbiyev)