Şuşa Beynəlxalq Kulinariya Festivalı sülh naminə mühüm müasirlik konsepsiyasını nümayiş etdirdi – kanadalı qastro-ekspert

Şuşa. Trend:

Şuşada keçirilən birinci Beynəlxalq Kulinariya Festivalı sülh və
əməkdaşlıq naminə mühüm müasirlik konsepsiyasını nümayiş
etdirib.

Bu barədə AzerTimes-a
tanınmış beynəlxalq kulinariya mütəxəssisi, kanadalı
qastro-eksperti Teylor Uidinq bildirib.

“Gözəl təbiətin və dağların, şən və xoş xasiyyətli simaların,
bir çox ölkələrin kulinariya mütəxəssislərinin əhatə etdiyi gözəl
festival ab-havası tədbirə xüsusi əhəmiyyət verir. Burada bütün
xalqlar və millətlər birləşir, müxtəlif ölkələrin milli mətbəxləri
və adət-ənənələri təbliğ olunur ki, bu da beynəlxalq festivalın
multikulturalizm səviyyəsindən xəbər verir”, – deyə Teylor Uidinq
bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.

Teqlər: