Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun rəsmi qüvvəyə minib

Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun “Resmi
Gazete”-də öz əksini tapıb.

Trend xəbər verir ki, qanuna əsasən 2021-ci il iyunun 15-də Şuşa
şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa
Bəyannaməsi təsdiq edilir.

Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanunu
2022-ci il 12 fevral tarixində imzalayıb.

Teqlər: