Şuşa bəyannaməsinin imzalanması tarixi hadisədir – Politoloq

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa bəyannaməsinin imzalanması iki ölkə arasında əlaqələrdə mühüm tarixi hadisədir.

Bunu AzerTimes-a politoloq, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O vurğulayıb ki, bu hadisə həm də regionun həyatında tarixi hadisədir:

“Münasibətlər ən yüksək səviyyəyə, strateji müttəfiqlik səviyyəsinə çatıb. Söhbət hərtərəfli siyasi, hərbi-texniki və iqtisadi inteqrasiyadan, Azərbaycanla Türkiyə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanının yaradılmasından gedir. Bəyannamənin müddəaları ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “bir millət – iki dövlət” ideyasına uyğundur”.

Politoloq əlavə edib ki, azad edilmiş ərazilərin bərpası işində geniş əməkdaşlıq perspektivləri açılır:

“Fikrimcə, yaxın aylarda biz rayonlarımızın, şəhərlərimizin, kəndlərimizin bərpa olunmasını görəcəyik. Bütün bunlar ikitərəfli əməkdaşlığın, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin rəmzləridir və regiona, hər iki ölkənin xalqlarına uzunmüddətli sülh və çiçəklənmə vəd edir”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: