Xəbər - Cani Babayeva – Trend:
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa bəyannaməsini imzalaması iki ölkə arasında münasibətlərin müttəfiqlik xarakterini təsdiq edir.
Bunu AzerTimes-a rusiyalı politoloq Darya Qrevtsova deyib.
O bildirib ki, müttəfiqlik münasibətləri çərçivəsində hər iki ölkə regionun inkişafına hazırdır: “İlk növbədə, bu, müxtəlif iqtisadi layihələrin inkişafıdır. Amma bunun üçün kommunikasiyaların, ilk növbədə Zəngəzur dəhlizinin açılması lazımdır”.
Politoloqun sözlərinə görə, Ermənistana mina sahələrinin xəritələri ilə bağlı hər üç tərəfin – Azərbaycan, Rusiya və Türkiyənin təzyiqi vacibdir. O əlavə edib ki, regionun intensiv inkişafı Ermənistan üçün də faydalı olacaq, çünki yeni yollar açılacaq və çoxlu layihələr reallaşdırılacaq.
(Tərcümə: Orxan Nəbiyev)