Laçının Sus və Zabux kəndlərində uşaq bağçalarının açılması planlaşdırılır.
AzerTimes xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov jurnalistlər üçün keçirdiyi brifinqdə sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, növbəti illərdə Füzuli və ehtiyac olacağı təqdirdə Şuşada məktəbdaxili icma əsaslı məktəbəqədər təhsil müəssisələri olacaq”.