Dedilər ki, delimitasiya və demarkasiya aparırlar, amma əslində belə bir şey yoxdur.
AzerTimes Konkret.az-a istinadən xəbər verir ki, bu barədə bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək Sus kəndinin icma rəhbəri Mxitar Nersisyan deyib.
O bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 25-dən düşmənə təhvil veriləcək:
“Avqustun 5-dən sakinlər öz əşyalarını Ermənistanın digər bölgələrinə daşımağa başlayıblar. Bu gün kənddə 4 ailə qalıb, qalanları əşyalarını götürərək gedib”.
“Əvvəllər Sus kəndində 48-49 ailə yaşayırdı. Bir neçə il bundan əvvəl daha da çox idi, amma illər keçdikcə əhalinin sayı azalıb”, – deyə Mxitar Nersisyan vurğulayıb.
İcma rəhbərinin sözlərinə görə, 44 günlük müharibədən sonra o, Sus kəndinin erməni tərəfinin nəzarətində qalacağını, bütün sakinlərin qayıdacağını fikirləşib:
“Mənə dedilər ki, delimitasiya və demarkasiya işləri aparırlar, əslində belə bir şey yoxdur, kəndi təhvil verməliyik”.