“Survivor All Star” çempionunun adı bəlli oldu

“Survivor All Star” çempionunun adı bəlli oldu

“Survivor 2022 All Star” yarışmasının çempionu bəlli olub.

AzerTimes xəbər verir ki, Nisa Bölükbaşı finalda Adəm Kılıççını xalq səsverməsində üstələyərək çempion adına layiq görülüb. Bununla yarışma tarixində uzun müddət sonra ilk dəfə bir qadın “Survivor” çempionu olub.

Qeyd edək ki, bu sezon “Survivor All Star” yarışmasında kikboks üzrə altıqat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) də iştirak etmiş, zədə səbəbindən yarışmanı erkən tərk etmək məcburiyyətində qalmışdı.

Teqlər: