Sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülür (VİDEO)

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə
zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb
olur. Bunun qarşısını almaq məsədilə hazırda Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən qabaqlayıcı tədbirlər
görülür.

Agentlikdən
Trend
-ə verilən məlumata görə, Quba-Xınalıq yolunda intensiv
yağıntılar nəticəsində yola yaxın ərazilərdə aktivləşən sürüşmə
nöqtələri müəyyən edilir. Baş verə biləcək sürüşmə nəticəsində
torpaq və qaya qruntunun yolun hərəkət hissəsinə tökülərək hərəkətə
maneə yaratmasının qarşını almaq üçün öncədən həmin qrunt
təhlükəsiz şəraitdə əraziyə dağıdılır. Bununla sürüşmənin
fəsadlarına qarşı önləyici tədbirlər aparılır.

Teqlər: