Sürüşmə baş verən yolda 6.5 metrlik hissə qırılıb

Sürüşmə baş verən yolda 6.5 metrlik hissə qırılıb

Qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

AzerTimes xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, Badamdar qəsəbəsi ərazisində, Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb:

“Bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür. Hazırda aidiyyəti qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür”.

Teqlər: