Həmin hadisə 3 saylı marşrut avtobusunda qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu sözləri “Bakı Bus“ MMC-nin Hüquq sektorunun müdiri Rüstəm Cəfərov ARB-yə açıqlamasında marşrut sürücüsünün əlili təhqir etməsi, ona pandusu açmaması və pandusu açan sərnişinlərə qarşı aqressiv hərəkət etməsini əks etdirən görüntülər haqda danışarkən deyib.
“Hazırda MMC olaraq həmin görüntülərlə bağlı araşdırma aparırıq. Araşdırmanın nəticəsi olaraq hüquqi addım atılacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”, – bildirib.
O qeyd edib ki, panduslar sürücülər tərəfindən açılmalıdır və bununla bağlı sürücülərə təlimat veririk.
R.Cəfərov onu da bildirib ki, fakt təsdiqini tapacağı təqdirdə fiziki qüsurlu şəxsə kompensasiya ödəniləcək.