“Vaqner”in təsisçisi Yevgeni Priqojinin üsyanından sonra bir neçə rus general gözdən itib. General Sergey Surovikinin yerinə isə onun müavini ictimaiyyət qarşısına çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir.
“İyulun 10-da Rusiya Baş Qərargah rəisi general Valeri Gerasimov 2023-cü il iyunun 24-də baş vermiş uğursuz “Vaqner” üsyanından sonra ilk dəfə televiziyada çıxış edib. Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Viktor Afzalov Gerasimovla videobağlantı vasitəsilə əlaqə yaradıb. Afzalov ən azı dörd ildir bu vəzifədədir, lakin bu, onun Gerasimovla ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır. Afzalov Rusiya Aerokosmik Qüvvələrinin komandanı general Sergey Surovikinin müavinidir. Surovikinin yeri naməlum olduğu halda, Afzalovun ictimai profilinin gündəmə düşməsi general Surovikinin hərbi qiyamdan sonra vəzifədən uzaqlaşdırılması fərziyyəsinə əlavə çəki verir”, – məlumatda deyilir.